logo

Tbilisi meri:Bakı ilə qardaşlaşmanını bizim üçün mühüm əhəmiyyəti var

16:26 13-07-2021 | icon 1764
Tbilisi meri:Bakı ilə qardaşlaşmanını bizim üçün mühüm əhəmiyyəti var

Azərbaycanın paytaxtı Bakı və Gürcüstanın paytaxtı Tbilisi arasında qardaşlaşma haqqında memorandumun imzalanması bizim üçün mühüm əhəmiyyət kəsb edir. Bu, Azərbaycan ilə Gürcüstan arasındakı strateji tərəfdaşlığı daha da gücləndirəcək.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu sözləri Tbilisinin meri Kaxa Kaladze Bakıya yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında deyib.

K.Kaladze bildirib ki, bu gün Tbilisi dünyanın 20 ölkəsinin şəhərləri ilə qardaşlıq münasibətlərinə malikdir. Bakı Tbilisinin 21-ci qardaş şəhəri olacaq.

“Bu, uzun əsrlər boyu Gürcüstan ilə Azərbaycan arasında mövcud olan münasibətlərin dərinləşdirilməsinə böyük töhfə verəcək, müxtəlif sahələr üzrə əlaqələrimizin daha maraqlı olmasına şərait yaradacaq”, - deyə mer vurğulayıb.

Qeyd edək ki, Bakı və Tbilisi 1997-ci ildən tərəfdaş şəhərlərdir.