logo

Bakı ilə Tbilisi şəhəri qardaşlaşır

13:31 13-07-2021 | icon 1799
Bakı ilə Tbilisi şəhəri qardaşlaşır

Azərbaycanın və Gürcüstanın paytaxtları Bakı və Tbilisi şəhərləri qardaşlaşacaqlar. Bununla bağlı memorandum hazırlanıb.

YeniAvropa  xəbər verir ki, Bakı və Tbilisi şəhərlərinin qardaşlaşması haqqında memorandumun imzalanması Tbilisi şəhərinin meri Kaxa Kaladzenin Azərbaycan paytaxtına səfəri çərçivəsində baş tutacaq.

Tbilisi meriyasının mətbuat xidmətinin məlumatında bildirilir ki, iki gün davam edəcək səfər çərçivəsində K.Kaladze Bakıda bir sıra yüksək səviyyəli görüşlər keçirəcək.