logo

Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb

12:55 13-07-2021 | icon 1624
Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən iki gün ərzində törədilmiş 33 cinayətin üstünü “isti izlər”lə açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.