logo

Kür çayında suyun səviyyəsi sürətlə azalır

09:19 13-07-2021 | icon 1750
Kür çayında suyun səviyyəsi sürətlə azalır

Kür çayında suyun səviyyəsi azalmaqda davam edir.

YeniAvropa xəbər verir ki, Kürün aşağı axınında, Salyan rayonu ərazisindən keçən hissəsində vəziyyət daha ağırdır.

Belə ki, hər gün çayda azalmalar müşahidə olunur. İyun ayının 1-dən indiyədək Kür çayında suyun səviyyəsi 1,6 metr aşağı düşüb. Nəticədə çayın bir çox ərazilərində irili-xırdalı xeyli sayda adalar yaranıb.

Bu da Kür boyunca quraşdırılmış su nasos stansiyalarına ciddi təsir edib. Çayda su az olduğundan su nasosları tam gücü ilə işləyə bilmir.

Pambıq və digər əkin sahələrinin suvarılmasında çətiniklər yaşanır. Bununla yanaşı əhali şəxsi təsərrüfatlarını vaxtında suvara bilmədiklərindən bağlarda meyvə ağaclarının quruması müşahidə olunur.

Hazırda Kür çayının indiki vəziyyəti heç də ürəkaçan deyil. Mütəxəssislər hesab edirlər ki, yaxın vaxtlarda bununla bağlı təxirəsalınmaz tədbirlər görülməzsə, vəziyyət acı sonluqla nəticələnə bilər.