logo

COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 2 milyon 475 mini ötüb

20:46 12-07-2021 | icon 2667
COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 2 milyon 475 mini ötüb

İyulun 12-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı 564 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 269, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 295 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 4 milyon 108 min 514-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 475 min 180, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 633 min 334 nəfərdir.