logo

Alternativ enerji ilə bağlı bəzi səlahiyyətlər prezidentə aid olacaq

18:38 12-07-2021 | icon 749
Alternativ enerji ilə bağlı bəzi səlahiyyətlər prezidentə aid olacaq

Azərbaycanda bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının birbaşa cəlbetmə yolu ilə seçilməsi ölkə prezidentinin razılığı ilə olacaq.

YeniAvropa xəbər verir ki,  bu , prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanunda öz əksini tapıb.

Sənədə əsasən, birbaşa cəlbetmə iki halda baş verəcək: Birincisi dövlətin maraqları və strateji əhəmiyyət baxımından zəruri olan pilot və digər layihələr həyata keçirildikdə və bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi üçün keçirilən hərrac baş tutmadıqda.

Həmçinin bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi qaydasını, habelə bağlanılan müqavilələrin xüsusiyyətlərini və şərtlərini də dövlət başçısı müəyyən edəcək.

Bundan əlavə bərpa olunan enerji ilə bağlı fəaliyyət planını da prezident təsdiqləyəcək.

Fəaliyyət planına bərpa olunan enerji mənbələrinin təbiətdə mövcud potensialı, müasir texnologiyaları, elektrik şəbəkəsinin inkişafı, elektrik enerjisinin istehlakı proqnozları və elektrik enerjisi istehlakçılarının maarifləndirilməsi istiqamətində aparılmış tədqiqatlara əsaslanan ümumdövlət, yerli və digər tədbirləri, elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadəyə dair hədəflər daxildir.