logo

Sinoptiklərdən xəbərdarlıq: güclü külək, leysan,  şimşək, dolu ,sel..

17:42 12-07-2021 | icon 1862
Sinoptiklərdən xəbərdarlıq: güclü külək, leysan,  şimşək, dolu ,sel..
İyulun 13-ü günün ikinci yarısından 15-i gündüzədək əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. 

 YeniAvropa xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumatda  bildirilib. Qeyd edilib ki, qarşıdakı iki gündə ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.