logo

Vətən Müharibəsi qəhrəmanları gəlir vergisindən azad olunublar

17:18 12-07-2021 | icon 1764
Vətən Müharibəsi qəhrəmanları gəlir vergisindən azad olunublar

Prezident İlham Əliyev Əmək Məcəlləsində və Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunları təsdiqləyib.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Dəyişikliyə əsasən, Azərbaycanda Vətən Müharibəsi qəhrəmanları gəlir vergisindən azad edilib.

Bu məqsədlə gəlir vergisindən azad edilmiş şəxslərin siyahısına Vətən Müharibəsi qəhrəmanları da əlavə olunub.