logo

Bakıda ödəmə terminalından 8 min manat oğurlanıb

15:55 12-07-2021 | icon 1540
Bakıda ödəmə terminalından 8 min manat oğurlanıb

Paytaxtda  “Milli ön” ödəmə terminalından oğurluq edilib.

YeniAvropa xəbər verir ki,  Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 9-da rayon ərazisindəki mağazaların birindən 90 manat və orada quraşdırılmış “Milli ön” ödəmə terminalından 8417 manat pul oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini R.Xəlilov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.