logo

İndiyədək sənaye zonalarında 4,2 milyard manatlıq məhsul istehsal olunub-Mikayıl Cabbarov 

14:28 12-07-2021 | icon 2702
İndiyədək sənaye zonalarında 4,2 milyard manatlıq məhsul istehsal olunub-Mikayıl Cabbarov 

Qeyri-neft sektorunun inkişafında əlverişli mexanizm olan sənaye zonalarında 2021-ci ilin birinci yarısında 824 milyon manatlıq - ötən ilin eyni dövrü ilə müqayisədə 38 faiz çox məhsul istehsal edilib, 268 milyon manatlıq ixrac həyata keçirilib.

YeniAvropa xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

Nazir qeyd edib ki, ümumilikdə, indiyədək sənaye zonalarında 4,2 milyard manatlıq məhsul istehsal olunub ki, bunun da 1,1 milyard manatlıq hissəsi ixrac edilib.