logo

Canluici Donnarumma "EURO-2020"nin ən yaxşı oyunçusu oldu

09:29 12-07-2021 | icon 2947
Canluici Donnarumma "EURO-2020"nin ən yaxşı oyunçusu oldu

Avropa çempionatının ən yaxşı oyunçusunun adı bəlli olub.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu, İtaliya millisinin qapıçısı Canluici Donnarummadır.

O, turnir ərzində keçirdiyi yeddi matç ərzində qapısında cəmi dörd top buraxıb, İspaniya ilə yarımfinal və İngiltərə ilə final görüşlərindəki penaltilər seriyasında əsas qəhrəman olub.

Qeyd edək ki, “EURO-2020”nin qalibi İtaliya millisi olub. Londonda İngiltərə ilə 1:1 başa çatan görüşün qalibi penaltilər seriyasında müəyyənləşib - 3:2.