logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 1 milyon 633 mini ötüb

17:16 11-07-2021 | icon 2968
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 1 milyon 633 mini ötüb

İyulun 11-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı 38 min 732 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 15 min 809, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 22 min 923 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 4 milyon 107 min 950-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 474 min 911, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 633 min 39 nəfərdir.