logo

Şeyxülislam: "Şuşada namaz qılmağı çox arzulayırdıq"

15:29 11-07-2021 | icon 2044
Şeyxülislam: "Şuşada namaz qılmağı çox arzulayırdıq"

Biz Şuşanı ancaq yuxularda görürdük. Şuşa daim bizim dualarımızda idi. Çox arzulayırdıq ki, Şuşaya gələk, burada namaz qılaq, dualar edək. Azərbaycan Ordusu 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdi. Bu Qələbənin əsasında dövlət-xalq birliyi dayanır. Biz bu Qələbəni qazanmaq üçün şəhidlər verdik. Allah onlara rəhmət etsin, ruhları şad olsun.

YeniAvropa xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə müsahibəsində deyib.

Novruz bayramında Azərbaycan prezidentinin Cıdır düzündə tonqal qalamasının bizə inamımızı qaytardığını qeyd edən QMİ sədri bildirib: “Azərbaycan prezidenti vurğuladı ki, bütün dinlərə mənsub insanlar öz vətənlərini – Azərbaycanı qoruyurlar. Bu birlik bizi daim zəfərlərə doğru aparacaq”.