logo

Üç gün əvvəl Kür çayında batan yeniyetmənin meyiti tapılıb

14:13 11-07-2021 | icon 1512
Üç gün əvvəl Kür çayında batan yeniyetmənin meyiti tapılıb

İyulun 8-də Kür çayının Qazax rayonunun Birinci Şıxlı kəndi ərazisindən keçən hissəsində batan 2006-cı il təvəllüdlü Fəttahov Həmzə Arif oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, H.Fəttahovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.