logo

GUAM PA-nın növbəti plenar iclasının noyabrda Tbilisidə keçiriləcək

13:43 11-07-2021 | icon 1960
GUAM PA-nın növbəti plenar iclasının noyabrda Tbilisidə keçiriləcək

GUAM Parlament Assambleyasının (PA) növbəti plenar iclasının bu ilin noyabr ayında Tbilisidə keçirilməsi planlaşdırılır.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,bu barədə Gürcüstanın GUAM-dakı nümayəndə heyətinin rəhbəri, xarici işlər nazirinin müavini Teymuraz Cancaliya məlumat verib.

Onun sözlərinə görə, iclasda qanunvericilik sahəsində GUAM-a üzv ölkələr arasında əməkdaşlıq, həmçinin təşkilatın tərəfdaş ölkələr və digər beynəlxalq qurumlar ilə əlaqələrinə dair məsələlərin müzakirəsi nəzərdə tutulur.

Toplantıda həmçinin, regional təhlükəsizliyə birgə yanaşma, transsərhəd cinayətkarlığa qarşı mübarizə, dayanıqlı gələcək üçün səylərin artırılması və s. məsələlər müzakirə ediləcək.