logo

Şəhriyar Məmmədyarov:"28 ildir Harri Kasparovla oyunu gözləyirdim" "

11:11 11-07-2021 | icon 3073
Şəhriyar Məmmədyarov:"28 ildir Harri Kasparovla oyunu gözləyirdim" "

Xəbər verdiyimiz kimi, şahmatçımız Şəhriyar Məmmədyarov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən "Croatia Grand Chess Tour”un blits turnirinin 6-cı turunda eks-dünya çempionu, Rusiyanı təmsil edən Harri Kasparov üzərində 7 gedişə qələbə qazanıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Ş. Məmmədyarov sosial şəbəkədə qələbə sevincini paylaşıb.

"28 ildir, şahmatla məşğul oluram. Hər zaman tarixin ən sevdiyim şahmatçısı Kasparov olub. Oyunları inanılmaz olub. 28 ildir, hər zaman onunla oyunu gözləyirdim və cəmi 7 gedişə qalib gəldim. Bu isə hər 4 ilə 2 gediş deməkdir. O bir dahi şahmatçıdır. Biz isə tarixin bir parçası", - deyə Ş.Məmmədyarov qeyd edib