logo

“Bayraqdar”dan yeni rekord:1360 kq əlavə yükü 9 km hündürlüyə qaydırdı

10:11 11-07-2021 | icon 6090
“Bayraqdar”dan yeni rekord:1360 kq əlavə yükü 9 km hündürlüyə qaydırdı

Türkiyənin “Baykar” şirkəti pilotsuz uçuş aparatlarının dizaynında ağırlıq daşıma üzə böyük yeniliyə imza atılıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, şirkətin istehsalı olan “AKINCI TİHA” (TİHA-hücumçu pilotsuz uçuş aparatı) Çorlu vilayəti ərazisində həyata keçirilən yeni dizaynli aparatların sınaq uçuşlarında göyərtəsinə 1360 kiloqram əlavə yük alaraq havaya qalxıb.

Ümumilikdə 6 min 49 kiloqram ağırlıqla havaya qalxan “AKINCI TİHA” 9 min 144 metr hündürlük qət edib.

Qeyd edək ki, iyulun 8-də keçirilmiş sınaq uçuşunda isə “AKINCI TİHA” pilotsuz uçuş aparatı havada 25 saat 46 dəqiqə hərəkət edərək 11 min 594 metr yüksəklik qət edib və bütün hədəfləri dəqiqliklə vura bilib.