logo

Yaponiyada 2025-ci ildən uçan avtomobillər satışa çıxarılacaq

17:18 10-07-2021 | icon 1729
Yaponiyada 2025-ci ildən uçan avtomobillər satışa çıxarılacaq

Yaponiyanın nəhəng “Japan Airlines” (JAL) şirkəti 2025-ci ildən başlayaraq uçan avtomobillərdən kommersiya məqsədilə istifadəni planlaşdırır.

 YeniAvropa xəbər verir ki, bu barədə yerli "Nikkei” qəzeti məlumat yayıb. Bildirilir ki, ilkin olaraq Mie prefekturasında aeroportla turizm obyektləri arasında hərəkət edəcək sərnişinlərə bu xidmət növü təklif ediləcək. Nəşrin yazdığına görə, ölkənin ikinci nəhəng aviadaşıyıcısı olan “All Nippon Airways” (ANA) şirkəti də 2025-ci ildən bu cür xidmətin təşkilini planlaşdırır.

Xəbər verilir ki, Yaponiyada belə maşınların sınaqlarına artıq başlanılıb, lakin bu sahədə müvafiq dövlət qaydalarının olmaması investorları bu layihələrdən uzaqlaşdırır.

Yaponiyanın hökumət strukturları cari ildə uçan avtomobillərdən istifadənin cədvəllərinin və qaydalarının hazırlanması üzərində işi fəallaşdırıb və 2023-cü ildən yüklərin həmin nəqliyyat vasitələri ilə müxtəlif adalara çatdırılması, 2025-ci ildən isə ölkənin əsas ərazisində sərnişinlərin daşınması nəzərdə tutulur.