logo

Vətən müharibəsində itkin düşən kapitanın nəşi tapıldı

16:48 10-07-2021 | icon 2247
Vətən müharibəsində itkin düşən kapitanın nəşi tapıldı

Azərbaycan Odusunun Vətən müharibəsində itkin düşən daha bir hərbi qulluqçusunun nəşi tapılıb.

 YeniAvropa xəbər verir ki, 9 aydır itkin düşən kapitan Pənahov Əkbər Bəylər oğlunun torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olduğu təsdiqlənib.

O, Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü.

Şəhid iyulun 12-də Bakıda dəfn ediləcək.

Qeyd edək ki, Ə.Pənahov 12 avqust 1990-cı ildə anadan olub. Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb və itkin düşüb.

Allah rəhmət eləsin!