logo

Azərbaycanın təsdiqlənmiş təbii qaz ehtiyatının həcmi 2,5 trilyon m3-dir

16:17 10-07-2021 | icon 4746
Azərbaycanın təsdiqlənmiş təbii qaz ehtiyatının həcmi 2,5 trilyon m3-dir

Ötən ilin sonuna Azərbaycanın təsdiq olunmuş təbii qaz ehtiyatları 2,5 trilyon kubmetr təşkil edib.

 YeniAvropa xəbər verir ki, bu barədə "BP" şirkətinin hesabatında deyilir.

Bildirilir ki, keçən il ölkəmizdə qaz hasilatı 25,8 milyard kubmetr, qaz istehlakı isə 11,9 milyard kubmetr olub.