logo

Azərbaycanın 1 milyard ton təsdiq edilmiş neft ehtiyatları var

13:53 10-07-2021 | icon 3241
Azərbaycanın 1 milyard ton təsdiq edilmiş neft ehtiyatları var

Ötən ilin sonuna Azərbaycanın təsdiq edilmiş neft ehtiyatları 7 milyard barel və ya 1 milyard ton olub.

YeniAvropa xəbər verir ki, bu barədə "BP" şirkətinin hesabatında deyilir.

Hesabatda qeyd edilir ki,  qlobal miqyasda təsdiq olunmuş neft ehtiyatlarının 0,4 faizi Azərbaycanın payına düşüb.

2020-ci ildə ölkəmizdə neft hasilatı sutkada 716 min barel təşkil edib. Belə ki, keçən il ölkəmizin ümumi neft hasilatı 35,1 milyon ton olub.