logo

Allahşükür Paşazadə də Şuşaya gedir

12:12 10-07-2021 | icon 2030
Allahşükür Paşazadə də Şuşaya gedir

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə və ölkədəki dini konfessiyaların rəhbərləri Şuşa şəhərinə səfəə yola düşüb.

YeniAvropa xəbər verir ki, bu barədə QMİ-dən bildirilib. Qeyd edilib ki, səfərdə  şeyxülislam Allahşükür Paşazadə, idarənin Qazılar Şurasının üzvləri, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melix Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Azərbaycandakı Roma Katolik İcmasının rəhbəri Vladimir Feketen, Alban udi dini icmasının rəhbəri Robert Mobili və Pravoslav kilsəsinin nümayəndələri , eləcə də Milli Məclisin deputatları iştirak edirlər.

Qeyd edək ki, səfər iki gün davam edəcək. Səfər iştirakçıları Şuşada bir sıra dini və mədəni abidələri ziyarət edəcək, məscidlərdə namaz qılacaqlar.