logo

Salyanda Kür çayında  naməlum kişi meyiti aşkarlanıb

11:10 10-07-2021 | icon 1771
Salyanda Kür çayında  naməlum kişi meyiti aşkarlanıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kür çayının Salyan rayonundan keçən hissəsində aşkarlanan naməlum kişi meyitinin çıxarılmasına kömək göstərilməsi barədə müraciət daxil olub.

FHN-in mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, müraciətlə əlaqədar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu əraziyə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində meyit çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.