logo

İsrail hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib-Corc Dik

09:28 10-07-2021 | icon 2149
İsrail hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib-Corc Dik

İsrail dövləti Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib. Çox şadıq ki, Azərbaycan ərazi bütövlüyünü öz gücü ilə artıq bərpa edib.

YeniAvropa xəbər verir ki, bunu Şuşada səfərdə olan İsrail Dövlətinin Azərbaycandakı səfiri Corc Dik jurnalistlərə müsahibəsində deyib.

Səfir vurğulayıb ki, Şuşada olmaq onun üçün böyük şərəfdir. “2019-cu ilin sonunda Azərbaycana gələndə düşünməzdim ki, belə tezliklə Şuşada ola bilərəm. Bu gün biz buradayıq. Şuşada olmağıma, bu tarixi şəhərə səfər etməyimə görə çox şadam”, - deyə diplomat vurğulayıb.