logo

GUAM ölkələri Kiyevdə əməkdaşlıq məsələlərini müzakirə ediblər

21:41 09-07-2021 | icon 2667
GUAM ölkələri Kiyevdə əməkdaşlıq məsələlərini müzakirə ediblər

Ukrayanın paytaxtı Kiyevdə Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat-GUAM-ın Milli Koordinatorlar Şurasının 55-ci toplantısı keçirilib.

YeniAvropa xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Xarici işlər nazirinin müavini Teymuraz Cancaliya Gürcüstanın təşkilata builki sədrliyinin prioritet istiqamətlərinin yer aldığı proqram təqdim edib.

Bildirib ki, Gürcüstan tərəfi əsas diqqəti qarşılıqlı siyasi fəaliyyət, sektorlararası, parlamentlərarası əməkdaşlıq, həmçinin “GUAM+” formatında tərəfdaş ölkələrlə münasibətlərin daha da dərinləşdirilməsinə yönəldəcək.

Toplantıda həmçinin təşkilatın gündəliyində olan müxtəlif aktual məsələlər də müzakirə olunub. Xüsusi diqqət ölkələrdə COVID-19-la bağlı vəziyyətə yönəldilib, pandemiya ilə mübarizə sahəsində əməkdaşlığın möhkəmləndirilməsi və turizm sektorunda tam canlanmanın bərpasının önəmi vurğulanıb.

Qeyd edək ki, Azərbaycanı görüşdə xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edib.