logo

Paytaxtda avtoqəza:ölən və yaralanan var

21:14 09-07-2021 | icon 1820
Paytaxtda avtoqəza:ölən və yaralanan var

Bakının Xəzər rayonunda ağır yol qəzası baş verib.

YeniAvropa xəbər verir ki, hadisə Maştağa-Buzovna yolunda qeydə alınıb.

Belə ki, “VAZ 2107” markalı avtomobil “Mercedes”lə toqquşub. Qəza nəticəsində “VAZ 2107”-də olan 2002-ci il təvəllüdlü Məmmədov Eşqin Vüqar oğlu ağır xəsarət alıb.

Avtomobilin digər sərnişini, 1983-cü il təvəllüdlü Əhmədəliyev Qurban Saqif oğlu isə aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi başlanılıb .