logo

Lerikdəki “Relax” istirahət mərkəzində meyit tapıldı

19:59 09-07-2021 | icon 4347
Lerikdəki “Relax” istirahət mərkəzində meyit tapıldı

İyulun 9-da saat 18 radələrində Lerik rayonu ərazisində “Relax” istirahət mərkəzində çayçı işləyən, Lənkəran rayonu Təngivan kənd sakini, 1980-ci il təvəllüdlü Sücayev Anar Hüseyn oğlunun meyiti işlədiyi çayxanadan təqribən 20 metr aşağıda axan dağ çayında aşkar olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Lerik rayon prokurorluğundan bildirilib. Qeyd edilib ki, qurumun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib.

Anar Sücayevin ölüm səbəbinin dəqiqləşdirilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin olunub.

Faktla bağlı Lerik rayon prokurorluğunda araşdırma aparılır.