logo

Tokio Olimpiadasının medalları emal edilən təkrar metaldan hazırlanıb

18:08 09-07-2021 | icon 3325
Tokio Olimpiadasının medalları emal edilən təkrar metaldan hazırlanıb

Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarında qalib gələcək idmançılara təqdim olunacaq medallar emal edilmiş məişət elektronikasından hazırlanıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə Olimpiadanın təşkilat komitəsinin nümayəndəsi Yuki Arata məlumat verib.

“Biz emal edilmiş məişət elektronikasından 5 min medal hazırlamışıq. Söhbət smartfonlardan və kompüterlərdən gedir. Bütün bunların hamısını bizə Tokio sakinləri təqdim ediblər”, - deyə Y.Arata bildirib.

Təşkilat komitəsinin nümayəndəsi təltif mərasimlərinin keçiriləcəyi podiumun da ekoloji cəhətdən təmiz plastikdən hazırlandığını deyib.

Bununla yanaşı, Atletlər kəndinin daxilində və idman obyektləri arasında istifadə ediləcək nəqliyyat vasitələrinin də ətraf mühiti az çirkləndirən elektromobillərdən ibarət olacağı bildirilir.

Qeyd edək ki, Yay Olimpiya Oyunları avqustun 23-dən avqustun 8-dək keçiriləcək. İyulun 9-da Tokioda Olimpiya məşəl estafetinə start verilib. Məşəl Yaponiyanın 46 prefekturasını əhatə edən estafetin sonunda Tokioya gətirilib.