logo

Ramanada bir qrup şəhid ailəsi və müharibəsi əlilinə mənzillər verilib

17:48 09-07-2021 | icon 2002
Ramanada bir qrup şəhid ailəsi və müharibəsi əlilinə mənzillər verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində daha bir qrup şəhid ailəsi və müharibə əlilinə mənzillər təqdim olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, şəhid ailələrinin üzvləri və müharibə əlilləri daim qayğı ilə əhatə olunduqlarına, onlara göstərilən sosial dəstəyə, yeni mənzillərlə təmin edildiklərinə görə prezident İlham Əliyev minnətdarlıqlarını bildiriblər.

Mənzillər tam təmirli təqdim olunub.

Dövlət başçısının 2021-ci il yanvarın 25-də imzaladığı Sərəncamla 2021-2025-ci illərdə şəhid ailələri və müharibə əlillərinə 11 min, o cümlədən bu il 3 minədək mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. 2021-ci ilin planı üzrə artıq 550 mənzil verilib. Ümumilikdə ötən dövrdə şəhid ailələrinə və müharibə əlillərinə 9730 mənzil və fərdi ev, həmçinin müharibə əlillərinə 7200-dən çox avtomobil təqdim edilib.