logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 1 milyon 577 mini ötüb

17:27 09-07-2021 | icon 3339
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 1 milyon 577 mini ötüb

İyulun 9-da Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 51 min 510 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 20 min 756, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 30 min 754 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 4 milyon 15 min 612-yə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 437 min 929, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 577 min 683 nəfərdir.