logo

 Lənkəranda meşəri qıran “Beta” şirkəti cərimələnib

16:06 09-07-2021 | icon 819
 Lənkəranda meşəri qıran “Beta” şirkəti cərimələnib

Son günlər kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Lənkəran rayonunun Haftoni ərazisində “Beta” şirkətinə icarəyə verilmiş meşə fondu sahəsində ağacların kəsilməsi ilə bağlı məlumatların araşdırılması və müqavilə şərtlərinin icra vəziyyətinin yoxlanılması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin araşdırma qrupunun ilkin yoxlamaları başa çatıb.

YeniAvropa xəbər verir ki, bu barədə xidmətin rəisi Hikmət Əlizadə məlumat verib.

O qeyd edib ki, aparılan araşdırmalar zamanı “Beta” şirkəti ilə Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzi arasında meşə fondu torpağının açıq sahəsində bağ salınması məqsədilə bağlanmış müqavilənin icrası prosesində kənaraçıxmalara yol verildiyi və ərazidə kol-kosdan əlavə yaş ağacların da kəsildiyi aşkar olunub: “Araşdırmaların nəticəsi olaraq kəsilmiş ağacların əvəzinə yenilərinin əkilməsi, təbiətə dəymiş ziyanın ödənilməsi və “Beta” şirkətinin cərimə olunması həyata keçirilir”.

Xidmət rəsmisinin sözlərinə görə, vəzifə öhdəliklərini layiqincə yerinə yetirməyən meşə xidməti işçiləri barəsində isə intizam tənbeh tədbirləri görülür.