logo

AQTA  Vyetnamdan quş əti idxalına qadağa qoydu

14:34 09-07-2021 | icon 3395
AQTA  Vyetnamdan quş əti idxalına qadağa qoydu

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Vyetnam Sosialist Respublikasının Hai Duonq, Lanq Şon, Nam Din, Nin Bin, Dak Lak, Hanoy, Ha Qianq, Ha Nam, Ha Tin, Yen Bay, Tay Nquyen, Tay Bin, Kxan Hoa, Kon Tum, Hay Fonq, Donq Tap, Kao Banq və Hoa Bin əyalətlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Vyetnam Sosialist Respublikasının əyalətlərində yüksək patogen quş qripi xəstəliyinin aktiv və müşahidə fazasında olan epizootik ocaqların ölkə ərazisinin əksər hissəsini əhatə etməsi nəzərə alınaraq, həmin ölkədən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Vyetnamdan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.