logo

Baş Prokurorluqdan Bakıda polis rəisinin intiharı ilə bağlı açıqlama

13:09 09-07-2021 | icon 1582
Baş Prokurorluqdan Bakıda polis rəisinin intiharı ilə bağlı açıqlama

İyulun 9-da saat 11 radələrində Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rahib Mirzəyevin istirahət otağında özünü xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla öldürməsi ilə bağlı məlumat daxil olub.

YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirlib. Qeyd edilib ki, hazırda Baş Prokurorluğun İstintaq İdarəsinin və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədirlər.

İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumatın verilməsi təmin ediləcək.