logo

Azərbaycanla Belarus məxfi hərbi məlumatları qarşılıqlı ötürəcəklər

12:56 09-07-2021 | icon 2156
Azərbaycanla Belarus məxfi hərbi məlumatları qarşılıqlı ötürəcəklər

Milli Məclis Azərbaycan Respublikasının Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Belarus Respublikasının Müdafiə Nazirliyi arasında ikitərəfli əməkdaşlığın həyata keçirilməsi zamanı məxfi informasiyanın qarşılıqlı ötürülməsinə dair” müqavilənin ratifikasiya edilməsi haqqında qanun layihəsini təsdiqləyib.

YeniAvropa xəbər verir ki, qanun layihəsi parlamentin iyulun 9-da keçirilən növbədənkənar iclasında müzakirəyə çıxarıldıqdan sonra bir dəfəyə qəbul edilib.