logo

Qubadlı və Laçında yeni hərbi hissələr fəaliyyətə başladı

12:21 09-07-2021 | icon 2016
Qubadlı və Laçında yeni hərbi hissələr fəaliyyətə başladı

Ötən gün  Qubadlı və Laçın rayonları ərazisində Dövlət Sərhəd Xidmətinin (DSX) 2 yeni hərbi hissəsi xidməti istifadəyə verilib.

YeniAvropa xəbər verir ki, bu barədə DSX-nın Mətbuat Mərkəzindən bildirilib.

Qeyd edilib ki, bununla əlaqədar təşkil olunmuş mərasimlərdə çıxış edən DSX-nın rəisi general-polkovnik Elçin Quliyev işğaldan azad olunmuş əraziləri­mizdə yeni hərbi hissə komplekslərinin xidməti-döyüş fəaliy­yə­tinə başlaması münasibətilə şəxsi heyəti təb­­rik edib.

Çıxışda ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasından və dövlət sər­həd­lərimizin iş­ğaldan azad edilməsindən sonra pre­zident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına uyğun olaraqbu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçu­ların xidməti şəraitinin və sosial təminatının yaxşılaş­dırılması üzrə ardıcıl təd­birlərin həyata ke­çirilməsi qeyd olunub, görülən işlər çərçi­vəsində yeni hər­bi hissələrin xidməti-döyüş fəaliyyətinə başlama­sının dövlət sər­hədinin müha­fi­zə­si məsə­lə­lərinə ali diqqətin növbəti təzahürü olması bildirilib.

Ermənistanla dövlət sərhədinin əhəmiyyətli hissəsinin mühafizə­sinə cavabdeh olacaq yeni hərbi hissələrin fəaliyyətə başlamasının xü­susi əhəmiyyət kəsb etməsi qeyd olunub, Vətən Mühari­bə­sində döyüş tapşırıqlarını uğurla icra edərək şücaət göstərən, bu gün də düşmən tapda­­ğından azad olunmuş müqəddəs sərhəd­lərimizin toxu­nul­mazlı­ğı­nı təmin edən Azərbaycan sərhədçilərinin ölkə­mizin ərazi hüdudlarının mühafizəsi vəzifəsini hər zaman layiqincə ye­rinə yetirəcəkləri vurğulanıb.

Tədbir çərçivəsində Vətən Müharibəsində şücaət və qəhrəmanlıq göstə­rə­rək Xocəvənd, Füzuli, Cəbrayıl, Zəngilan rayonlarının və Şuşa şəhərinin azad olunmasında fərqləndiklərinə görə Azərbay­can Res­pub­likasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Ko­mandanı İlham Əliyev tərəfindən təltif edil­miş hərbi qulluqçulara orden və medallar təqdim olunub.

Açılış mərasimindən sonra hərbi qulluqçuların xidməti fəaliy­yə­tinin təşkili üçün yaradılmış şəraitlə tanış olunub, o cümlədən zəru­ri avadanlıq, mebel, məişət əşyaları, istilik sistemi ilə təmin edilmiş xid­mə­ti otaqlara, kazarma və yeməkxanaya, hamam-camaşırxana komp­lek­sinə, anbarlara, döyüş texni­kası­na, silah və texniki vasitələrə baxış keçirilib.

Tədbirin sonunda şəxsi heyətlə birgə nahar edilib, xatirə foto­şə­killəri çəkilib, Dövlət Sərhəd Xidmətinin nümunəvi orkestrinin və rəqs ansamblının ifasında konsert proqramı şəxsi heyətə təqdim olunub.

Tədbirdən sonra “Qubadlı” əlahiddə sərhəd divi­zi­yasının rəhbər heyətinin iştirakı ilə xidməti mü­şa­virə keçirilib, prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin verdiyi tapşırıq­ların icra vəziyyəti, xidməti ərazidə möv­cud olan əməliy­yat şəraiti və görülən təd­birlər haqqında və­zifəli şəxs­lərin məruzələri dinlənilib, dövlət sərhədinin müdafiəsi və mühafizəsi isti­qamətində həyata keçirilən tədbirlər yüksək qiymətlən­dirilib.

Hərbi hissə və bölmələrin döyüş ha­zır­lığının daha da yük­səl­dil­məsi və şəxsi heyətin təh­lükə­siz­liyinin təmin edil­məsi üzrə görülən işlər yoxlanılıb, sərhəd-döyüş məntəqə­lərində xid­mət aparan sər­hədçilərlə görüşülüb, hərbi qulluqçuların xid­məti-döyüş və məişət şərait­lə­rinə baxış keçirilib.