logo

Kür çayında batan şəxslərdən birinin meyiti tapılıb

22:14 08-07-2021 | icon 1708
Kür çayında batan şəxslərdən birinin meyiti tapılıb

İyulun 8-də axşam saatlarında Kür çayında (Qazax rayonunun Birinci Şıxlı kəndi ərazisi) batan 1998-ci il təvəllüdlü Şirməmmədov Məhəd Elxan oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Nazirlikdən YeniAvropa-ya verilən xəbərə görə, eyni vaxtda həmin ərazidə batan 2006-cı il təvəllüdlü Fəttahov Həmzə Arif oğlunun axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.