Mandatını girov qoyan sabiq deputatın məhkəməsi başlayıb
Bakı Ağır Cinayətlər Məhkəməsində Milli Məclisinin sabiq deputatı Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
YeniAvropa xəbər verir ki, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Sabiq deputat ona elan olunmuş ittihamlarla özünü təqsirli bilməyib:"Özümü qəti təqsirli bilmirəm".
Prosesdə zərərçəkmiş Yusif Orucovun nümayəndəsi sabiq deputata qarşı qaldırdıqları mülki iddianın məbləğində dəyişiklik olunmasını istəyib. Növbəti prosesdə zərərçəkmişlər dindiriləcək.
Məhkəmə prosesi 22 iyulda davam edəcək.
Milli Məclisinin III, IV və V çağırış deputatı olmuş Rəfael Cəbrayılov öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törətməkdə - ayrı-ayrı şəxslərə torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatından keçirilməsi barədə çıxarışın alınmasında köməklik göstərəcəyini vəd edərək 11 nəfərin ümumilikdə 2 milyon 571 min manat pulunu ələ keçirməkdə təqsirləndirilir.
İstintaqın gəldiyi qənaətə görə Rafael Cəbrayılov deputat olarkən qardaşı Rauf Cəbrayılov tərəfindən Bakı şəhər sakininə satılan, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən 2 hektar torpaq sahəsinə mülkiyyət sənədi alacağı barədə yalan vəd verib. Bu adla həmin vətəndaşdan 240 min manat alıb və onu “şəxsi ehtiyaclarına” sərf edərək mənimsəyib.
Qeyd edək ki, iş üzrə zərərçəkənlərdən biri də “Şərurlu İsfəndiyar” kimi tanınan tikinti maqnatıdır. Cəbrayılov ondan “yarımçıq qalmış binanın tikintisi” adı altında yüz minlərlə manat alıb və qaytarmayıb. R.Cəbrayılov mandatını girov qoyub sələmçidən borc götürməsi və daha sonra qaytarmaması qalmaqalı ilə də məşhurdur.
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir