logo

İranda yük qatarı aşdı - yaralılar var

20:49 08-07-2021 | icon 3668
İranda yük qatarı aşdı - yaralılar var

İranın şimalında yerləşən Simnan vilayətində yük qatarı aşıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə vilayətin Qırmızı Aypara Cəmiyyətinin sədri Müzəffər Məhəmmədxani jurnalistlərə müsahibəsində məlumat verib. 

Onun sözlərinə görə, Aradan-Sorxə arasında qatar relsdən çıxaraq dərəyə aşıb. Qəza nəticəsində maşinist və onun iki köməkçisi yaralanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

M.Məhəmmədxani deyib ki, hadisəyə səbəb qatardakı texniki nasazlıq olub.
 
Faktla bağlı araşdırma aparılır.