logo

"EURO-2020":Final matçının hakimləri bəlli oldu

20:21 08-07-2021 | icon 3381
"EURO-2020":Final matçının hakimləri bəlli oldu

Futbol üzrə 16-cı Avropa çempionatının final qarşılaşmasını idarə edəcək hakimlərin adları açıqlanıb.

YeniAvropa xəbər verir ki, həlledici matçın baş hakimi niderlandlı referi Björn Kuypers olacaq. Ona yan xətt hakimləri Sander van Rukel və Ervin Zeynstra, videoreferilər Bastian Dankert, Pol van Bukel, Kristian Hittelman və Marko Frits, eləcə də dördüncü hakim Karlos del Sorro köməklik edəcəklər. 
 
Qeyd edək ki, İtaliya və İngiltərə seçmələri arasında oynanılacaq "EURO-2020"nin final görüşməsi  iyulun 11-də Londondakı "Uembli" stadionunda baş tutacaq.