logo

İlham Əliyev 3 nəfərə fövqəladə və səlahiyyətli elçi rütbəsi verdi

18:48 08-07-2021 | icon 1715
İlham Əliyev 3 nəfərə fövqəladə və səlahiyyətli elçi rütbəsi verdi

Prezident İlham Əliyev iyulun 8-də "Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında" sərəncam imzalayıb. 

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir: "Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının aşağıdakı əməkdaşlarına diplomatik rütbələr verilsin:

ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi

Abdullayeva Leyla Yaşar qızı

Həbibzadə Elcan İbrahim oğlu

Rəfiyev Yalçın İlqar oğlu".