logo

Ermənistanda hərbi hissədə  partlayış:ölən və yaralananlar var

17:47 08-07-2021 | icon 3402
Ermənistanda hərbi hissədə  partlayış:ölən və yaralananlar var

Ermənistanın Ararat vilayətinin Armaş kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus hərbi hissənin 120 nömrəli postundakı blindajda güclü partlayış baş verib.

YeniAvropa erməni ölkə KİV-lərinə istinadla xəbər verir ki, yayılan məlumatlarda hadisə nəticəsində ölən və yaralananların ərazidən təxliyə olunduqları bildirilir. Yaralılar təcili yardım maşınları ilə hərbi tibb məntəqəsinə çatdırılıblar.

Ermənistan hadisə ilə bağlı hələlik rəsmi məlumat verməsə də, hərbi hissə komandanlığı və hüquq-mühafizə orqanlarının nümayəndələri ərazidə partlayışın baş verməsi səbəblərini araşdırırlar.