logo

Ərdoğan NATO zirvə görüşlərində Qarabağ və mina məsələsini qaldıracaq

17:57 11-06-2021 | icon 6146
Ərdoğan NATO zirvə görüşlərində Qarabağ və mina məsələsini qaldıracaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 14-də  keçiriləcək NATO zirvəsi çərçivəsində ikitərəfli görüşlərində Ermənistanın Azərbaycana Qarabağda minalanmış ərazilərin xəritəsini verməməsi ilə bağlı mövzuya toxunacağını deyib.

 YeniAvropa “Haber Global”a istinadla xəbər verir ki, bu barədə o, İstanbulda jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Ermənistan mövzusu gündəmə gələn zaman mina xəritələri məsələsini də müzakirə edəcəyik. Mina məsələsi ilə bağlı əlaqəli şəxsləri dəstək göstərməyə və bu problemin həlli üçün kömək etməyə çağıracağıq”, - deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

Xatırladaq ki, NATO sammiti çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti Cozef Baydenlə də görüşü planlaşdırılır.