logo

Peyvənd vurduran xalq artisti koronavirusa yoluxdu

17:27 11-06-2021 | icon 5173
Peyvənd vurduran xalq artisti koronavirusa yoluxdu

Xalq artisti Mübariz Tağıyev COVİD-19-a qarşı peyvənd olunduqdan sonra koronavirusa yoluxub. 

YeniAvropa xəbər verir ki, bu barədə sənətçi "MTV" kanalına müsahibəsində bildirb.

Koronavirusa harada və necə yoluxduğunu bilməyən xalq artisti müalicəsini evində  aldığını deyib.

"İki aydır züm-zümə belə edə bilmirəm. Səhnə üçün çox darıxırdım. Televiziyalar koronavirusa yoluxduğumu bilirdi. Ona görə də məni verilişlərə dəvət etmirdilər. Hazırda isə yeni mahnılarım var və onlar üzərində işləyirəm", - deyə xalq artisti bildirib.