logo

Yeni Zellandiya Azərbaycana yeni səfir təyin edib

17:08 11-06-2021 | icon 6146
Yeni Zellandiya Azərbaycana yeni səfir təyin edib

Yeni Zellandiyanın Azərbaycana yeni təyin olunan səfiri Vendi Hinton etimadnaməsinin surətini Xarici İşlər Nazirliyinin (XİN) Protokol idarəsinin rəisi Ramil Rzayevə təqdim edib.

YeniAvropa xəbər verir ki, bu barədə diplomat özünün "Twitter" hesabında yazıb.

“Səmimi söhbət üçün təşəkkür edirəm”, - deyə, o, vurğulayıb.

Qeyd edək ki, Vendi Hinton, həmçinin Yeni Zellandiyanın Türkiyə, İsrail və İordaniyadakı səfiridir. O, əvvəllər Polşa və Ukraynada da səfir kimi çalışıb.