logo

Spiros Kapralos Avropa Olimpiya Komitəsinin prezidenti seçilib

20:13 10-06-2021 | icon 5264
Spiros Kapralos Avropa Olimpiya Komitəsinin prezidenti seçilib

Avropa Olimpiya Komitəsinin (AOK) iyunun 10-da Afinada keçirilən 50-ci Baş Assambleyasında Yunanıstanın Milli Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos AOK-un prezidenti seçilib.

 YeniAvropa xəbər verir ki,o, AOK tarixində 9-cu prezident kimi səlahiyyətlərinin icrasına başlayıb.

Azərbaycanı toplantıda Milli Olimpiya Komitəsinin nümayəndələri – MOK baş katibinin müavini Azər Əliyev, marketinq şöbəsinin müdiri Mehman Kərimov, beynəlxalq şöbənin rəhbəri Anar Bağırov, eləcə də Avropa Gimnastika Federasiyasının prezidenti Fərid Qayıbov və Azərbaycanın Yunanıstandakı səfiri Anar Hüseynov təmsil ediblər.

AOK-un Baş Assambleyasının toplantısında qurumun digər orqanlarına da seçkilər keçirilib. AOK-un baş katibi vəzifəsinə Rafael Paqnozzi (İtaliya), vitse-prezidenti vəzifəsinə isə Daina Qudzineviciute (Litva) seçilib. 2021-2025-ci illər üçün AOK İcraiyyə Komitəsinə isə Jan Mişel Brun (Fransa), Annamari Felps (Böyük Britaniya), Berit Kyoll (Norveç), Hasan Arat (Türkiyə), Corce Visatski (Serbiya), Viktoriya Kabezas (İspaniya), Xose Manuel Arauxo (Portuqaliya), Mixay Kovaliu (Rumıniya), Zlatko Matesa (Xorvatiya), Kristina Vasilianov (Moldova), Liney Halldorsdottir (İslandiya) və Uşi Şmitz (Almaniya) seçiliblər.

Xatırladaq ki, Spiros Kapralos 2015-ci ildə Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının sədri qismində I Avropa Oyunlarınnda iştirak etmək üçün Bakıda səfərdə olub.