logo

İlk dəfə məsciddə COVİD pasportla ibadət etdilər

17:57 10-06-2021 | icon 1925
İlk dəfə məsciddə COVİD pasportla ibadət etdilər

Xəbər verdiyimiz kimi, bu gündən etibarən Azərbaycanda dini ibadət yerləri açılıb. 

 YeniAvropa xəbər verir ki, “Qafqazinfo”nun əməkdaşı paytaxtın Hacı Cavad məscidində olub, uzun müddətdən sonra ilk dəfə açılan məkanda ibadət prosesini izləyib. 

Məscidə qaydalara uyğun olaraq məhdud sayda şəxsin daxil olmasına icazə verilib. Həmçinin, məscid və digər ibadət yerlərinə gələn şəxslər tibbi maska taxmalı, antiseptik məhluldan istifadə etməli, əl ilə görüşməməlidirlər.

Xatırladaq ki, Azərbaycanda koronavirus infeksiyasının yayılması ilə əlaqədar ötən ilin mart ayının 18-dən etibarən məscid və ziyarətgahlara giriş-çıxışa məhdudiyyətlər tətbiq edilirdi. Operativ Qərargahın son qərarına əsasən, yalnız COVID-19 pasportuna (peyvənd vurulmasına dair və ya immunitet sertifikatına) malik olan şəxslərin ibadət yerlərində dini ayinlərin icrasında iştirakına icazə verilir. Azyaşlıların ibadət yerlərinə gətirilməsinə yol verilmir.