logo

COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 1,7 milyonu ötüb

16:48 10-06-2021 | icon 4487
COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 1,7 milyonu ötüb

İyunun 10-da Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 37 min 162 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 32 min 670, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 4 min 492 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 2 milyon 662 min 38-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 712 min 118, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 949 min 920 nəfərdir.