logo

Güləşçimiz Mariya Stadnik “Poland Open” turnirinin finalına yüksəlib

15:55 10-06-2021 | icon 5663
Güləşçimiz Mariya Stadnik “Poland Open” turnirinin finalına yüksəlib

Güləşçimiz Mariya Stadnik Polşanın paytaxtı Varşavada keçirilən “Poland Open” turnirinin finalına yüksəlib.

 YeniAvropa xəbər verir ki, turnirdə 50 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz M.Stadnik startda Rumıniya idmançısı Emiliya Alina Vuku tam üstünlüklə məğlub edib. Dörddəbir finalda ABŞ təmsilçisi Erin Qolston qadın güləşinin canlı əfsanəsi qarşısında cəmi 1 dəqiqə 18 saniyə duruş gətirə bilib. Yarımfinalda təmsilçimiz rusiyalı Mariya Tiumerekova ilə qarşılaşıb. Rəqibini məğlub edən M.Stadnik finala adlayıb. Onun rəqibi Ukrayna idmançısı Oksana Livaç olacaq.

Qeyd edək ki, turnirdə sərbəst güləşçilərimiz Hacı Əliyev (70 kq) və Hacımurad Hacıyev (74 kq) bürünc medal qazanıblar.