logo

AFFA uşaqlara “EURO-2020”nin oyunlarına bilet hədiyyə edib

14:30 10-06-2021 | icon 3731
AFFA uşaqlara “EURO-2020”nin oyunlarına bilet hədiyyə edib

AFFA “EURO-2020”nin Bakıda keçiriləcək oyunları ilə bağlı korporativ sosial məsuliyyət təşəbbüsü çərçivəsində “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Daun sindromlu uşaqların reabilitasiya mərkəzi, “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası İctimai Birliyi, YAŞAT fondu, LU-MUN, Qadın və Uşaq Sığınacağı, COVID-19 pandemiyası dövründə fəaliyyət göstərən tibb işçiləri (onların övladları) üçün biletlərin ayrılması barədə qərar qəbul edib.

YeniAvropa AFFA-ya istinadla xəbər verir ki, iyunun 12-də keçiriləcək Uels – İsveçrə oyunu üçün ayrılmış biletlər iyunun 10-da Bakı Olimpiya Stadionunda AFFA-nın nümayəndəsi tərəfindən həmin qurumlara bu və ya digər şəkildə aidiyyəti olan uşaqlara, eləcə də onları müşayiət edən şəxslərə təqdim olunub.

Qeyd edək ki, bu təşəbbüsün hədəf qrupu uşaqlardır.