logo

Bakıda keçiriləcək Uels - İsveçrə oyunu fransalı hakimlərə tapşırıldı

12:57 10-06-2021 | icon 3185
Bakıda keçiriləcək Uels - İsveçrə oyunu fransalı hakimlərə tapşırıldı

İyunun 10-da UEFA futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək ilk Uels - İsveçrə oyunu üçün hakim təyinatları açıqlanıb.

YeniAvropa xəbər verir ki, qarşılaşma Fransadan olan hakimlər briqadasına tapşırılıb.

Oyunun baş hakimi Kleman Türpen olacaq. Ona həmyerliləri Nikolya Dano və Siril Qrenqor köməklik göstərəcək. Dördüncü hakim funksiyasını serbiyalı Srcan Yovanoviç yerinə yetirəcək. VAR hakimi isə fransalı Fransua Leteksyedir.

Qeyd edək ki, iyunun 12-də Bakı Olimpiya Stadionunda keçiriləcək Uels - İsveçrə matçı saat 17:00-da başlayacaq.

Avropa çempionatının iyunun 11-dən iyulun 11-dək Bakı ilə yanaşı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Kopenhagen, Amsterdam, Sevilya, Qlazqo və Budapeştdə keçirilməsi planlaşdırılır.

Bakı Olimpiya Stadionu A qrupunun üç görüşünə və dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edəcək. Belə ki, iyunun 12-də Uels-İsveçrə, 16-da Türkiyə-Uels, 20-də İsveçrə-Türkiyə qarşılaşmaları Bakıda oynanılacaq. Dörddəbir final mərhələsinin qarşılaşması isə Bakıda iyulun 3-də keçiriləcək.